Psixiatr/Psixoterapevt

Fəhmin Haqverdiyev

Haqqında

Psixiatr və psixoterapevt Fəhmin Haqverdiyev psixi sağlamlıq sahəsində beynəlxalq təhsilə və kliniki təcrübəyə malik uzman həkimdir. 2023-cü ildən klinikamızda fəaliyət göstərən Fəhmin Hqverdiyev bütün növ psixi pozuntuların muayinəsi, müalicəsi və psixoterapiyası ilə məşğul olmaqdadır.
Uzm.Dr. Fəhmin Haqverdiyev tibbi təhsilini (bakalavr) Türkiyə’nin nüfuzlu ali təhsil müəssisəsi olan Hacettepe Universiteti Tibb Fakultəsində (2009-2015) almış, daha sonra isə Türkiyə’nin bir digər nüfuzlu ali təhsil müəssisəsi olan İstanbul Universiteti İstanbul Tibb Fakultəsi Xəstəxanasında (Çapa) psixiatriya üzrə uzmanlıq təhsilini tamamlayaraq (2018-2022)  “uzman həkim” adına layiq görülmüşdür. 
Hal hazırdakl kliniki fəaliyyətində əsas maraq sahələri şəxsiyət pozuntuları (Narsisistik ŞP, Borderline ŞP vs) , affektif pozuntular (Depresif Pozuntular, Bipolyar Pozuntu vs) , obsesif kompulsif pozuntu (OKP), təşviş-həyəcan pozuntuları (Panik Pozuntu, Sosial Fobiya vs), yemə pozuntuları (Anoreksiya Nervoza, Bulimia Nervoza, Emosional Yemə Pozuntusu vs), yetişkinlərdə neyroinkişaf pozuntuları (DƏHP : diqqət əksikliyi və hiperaktivlik pozuntusu, Autizm vs), asılılıqlar (Qumar Oynama Pozuntusu, Oyun Oynama Pozuntusu, Marixuanna İstifadə Pozuntusu vs), neyrodejeneratif xəstəliklərdə müşahidə edilən psixi pozuntular  (Alzheimer xəstəliyi, Parkinson xəstəliyi vs) , travma sonrası yaranan pozuntular, psixo-onkologiya (xərçəng xəstələrində müşahidə edilən psixi pozuntular), dissosiatif pozuntular (unutqanlıqlar, şəxsiyət ikiləşməsi vs) və yuxu pozuntularıdır (yuxuda danışma, yuxu rejimi pozuntuları vs). 
 
Təhsil : 
İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi (Çapa), Psixiatriya Kafedrası (2018–2022) – psixiatriya üzrə uzmanlıq təhsili (rezidentura). 
 
Hacettepe Universiteti, Tibb Fakültəsi (2009–2015) – baza tibb təhsili (bakalavr) . 
 
Bakı Türk Anadolu Liseyi (2005–2009)
 
192 saylı orta məktəb, Bakı (1997–2005)
 
 
 
Peşəkar Təcrübə
Nefes Psixi Sağlamlıq Mərkəzi (Bakı, Azərbaycan) - Psixiatr / Psixoterapevt (2023-Hal hazırda) 
 
İstanbul Universiteti İstanbul Tibb Fakültəsi (Çapa) Xəstəxanası (İstanbul, Türkiyə), Psixiatriya Kafedrası - Rezident-həkim (2018-2022). 
 
Hacettepe Universiteti Tibb Fakültəsi Xəstəxanası (Ankara, Türkiyə) - İntern-həkim  (2014–2015)
 
Hacettepe Universiteti Tibb Fakültəsi Xəstəxanası (Ankara,Türkiyə) -  Stajer-Həkim (2012–2014)
 
 
 
Akademik və Elmi Fəaliyyət
Uzm. Dr. Fəhmin Haqverdiyev müxtəlif yerli və beynəlxalq  konqreslərdə təqdimatlarla çıxış etmiş, “Nefes Academy”də isə psixiatriya və psixoterapiya sahəsində elmi-tədris fəaliyyəti ilə məşğul olmuşdur. 
 
 
İştirak Etdiyi Konqreslər, Simpoziumlar, Kurslar və Workshop’lar : 
1.“Dünya Psixiatriya Konqresi” (Praqa) (2025)
2.“Kliniki Elmi Araşdırma Metodları workshopu”  (Barcelona) (2025)
3.“Asılılıqlarda Psixofarmakologiya : Tövsiyələr, təlimatlar və kliniki hallar” kursu (Praqa) 2025
4.“Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi” (Bakı) (2024 və 2025)
5.“Türkiyə Psixiatriya Dərnəyinin Kliniki Təhsil Simpoziumu” (İzmir/online) (2022/2025) 
6.“Uşaqlarda Psixoanalitik Yanaşma və Psixoterapiyalar” kursu (Bakı) (2024)
7.“Avropa Neyro-Psixofarmakologiya Konfransı” (Milan) (2024)
8.“Məktəb və Psixoanaliz Simpoziumu” (İstanbul) 2024
9.“Tibbin Aktual Problemləri Üzrə 2. Beynəlxalq Konqres” (Bakı) (2023)
10.“Türkiyə Psixiatriya Dərnəyinin Milli Psixiatriya Konqresi” (İzmir/İstanbul) (2018/2022)
11.“Ekzistensiyal Analiz Seminarları” kursu (2019-2020 və 2020-2021) 
12.“Türkiyə Psixofarmakologiya Assosiasiyasının Beynəlxalq Yenilənmə Simpoziumu” (online) (2021)
13.“22. İzmir Psixoanaliz və Psixoterapiya Günləri” simpoziumu (online) (2021) 
14.“Psixoanalizə Giriş Seminarları” kursu (İstanbul) (2018-2019 və 2019-2020)
15.“Psixo-Onkologiya Seminarları” kursu (İstanbul) (2019-2020)
16.“13. Neyropsixiatriya Günləri Simpoziumu” (online) (2020)
17.“10. Milli Alzheimer Konqresi” (online) (2020) 
18.“Kliniki Psixologiya və Psixiatriya Simpoziumu” (Ankara) (2019)
19.“Siyasi Psixologiya Simpoziumu” (İstanbul) (2019) 
20.“Leyla Zileli Psixoanaliz Simpoziumu” (Ankara) (2018)
 
Təqdim etdiyi elmi işlər :
1.“Özünə qəsd və özünə xəsarət : impuls yoxsa üsyan” (Bakı) (2025) (Konqresdə təqdimat) 
2.“Sərhədsizliyin Ad’ı” (İstanbul) (2025) (“Psixomifologiya 4” adlı kitabda məqalə)
3.“Ömür boyu davam edən DƏHP xüsusiyətləri” (Bakı) (2025) (Konqresdə təqdimat) 
4.“Aripiprazol’a müsbət cavab verən akatiziya” (Bakı) (2025) (Kliniki Hal Müzakirəsi)
5.“İntihar və Media” (Lənkəran) (2025) (Konqresdə təqdimat) 
6.“Psixiatriya Məktəbi” (Bakı) (2024-2025) (psixiatriya-rezidentura tələbələri üçün təşkil edilmiş 12 həftləlik tədris proqramında təlimçi) 
7.“DƏHP’nin psixoanalitik açıqlamaları” (Bakı) (2024) (Konqresdə təqdimat) 
8.“Loqoterapiya və dihər Varoluşçu Psixoterapiyalara ümumi yanaşma” (Bakı) (2024) (Xəzər Universiteti Psixologiya Fakultəsi tələbələri üçün dərs)
9.“Şəxsiyət Təşkilatlanmaları” (Bakı) (2023) (Xəzər Universiteti Psixologiya Fakultəsi tələbələri üçün dərs)
10.“DƏHP’də non-stimulant dərman müalicəsi” (Bakı) (2023) (Konqresdə təqdimat
11.“Yeniyetmələr arasında narkotik maddə istifadəsinin aktuallığı” (Bakı) (2023) (Konqresdə təqdimat)
12.“Borderline və Nevrotik Xarakter Təşkilatlanmalarında Üzdən Duyğu Tanıma Prosesinin Araşdırılması” (İstanbul) (2022)( Psixiatriya üzrə uzmanlıq təhsilini bitirmək üçün yazılmış tezis)
13.“Varoluşdan yoxoluşa : İntihara ekzistensiyal yanaşma” (İzmir) (2022) (Konqresdə təqdimat) 
14.“Loqoterapiyanın Kliniki Mühitdə İstifadəsi” (İstanbul) (2019) (Konqresdə təqdimat) 
 
Akademik Üzvlüklər
Azərbaycan Psixiatriya Assosiasiyası – 2023-cü ildən etibarən
Türkiyə Psixiatriya Assosiasiyası – 2018-ci ildən etibarən
Dünya Psixiatriya Assosiasiyası-2025-ci ildən etibarən
Avropa Psixiatriya Assosiasiyası – 2024-ci ildən etibarən
Avropa Neyro-Psixofarmakologiya Assosiasiyası – 2024-cü ildən etibarən
Digər mütəxəssislərimiz
Bizim komandamız