Psixiatr/Psixoterapevt

Elmir Təhməzov

Haqqında

Dr. Elmir Təhməzov psixiatriya sahəsində ixtisaslaşmış, həm klinik, həm də elmi fəaliyyətlə məşğul olan mütəxəssisdir. Türkiyədə uzmanlıq təhsili almış, beynəlxalq səviyyədə sertifikatlı valideynlik proqramı təlimçisi kimi fəaliyyət göstərir.

Müasir psixiatriya və psixoterapiya yanaşmalarını tətbiq etməklə yanaşı, məhkəmə-psixiatriya sahəsində də ekspert kimi çalışır. Beynəlxalq və yerli elmi konqreslərdə spiker qismində çıxış etmişdir.


Şəxsi Məlumat

  • Doğum tarixi: 25 aprel 1987

  • Doğum yeri: Bakı şəhəri, Azərbaycan

  • Ailə vəziyyəti: Evli, 2 övlad atası


Təhsil

1993 – 2004
Bakı şəhəri, Binəqədi rayonu 283 saylı tam orta məktəb

2004 – 2010
Azərbaycan Tibb Universiteti
Müalicə-Profilaktika fakültəsi (572 bal)

2010 – 2011
Lerik Rayon Mərkəzi Xəstəxanası – İnternatura

2018 – 2022
Kahramanmaraş Sütçü İmam Üniversitesi
Tibb Fakültəsi, Psixiatriya kafedrası – Uzmanlıq təhsili

Uzmanlıq müddətində uşaq və yeniyetmə psixiatriyası və nevrologiya şöbələrində də fəaliyyət göstərmişdir.


Elmi Dərəcə

2022-ci il
Dissertasiya mövzusu:
“Dağlıq Qarabağ Müharibəsinin Türkiyədə Çalışan Azərbaycanlı Həkimlərin Psixi Sağlamlığına Təsiri”

Bu tədqiqat işi əsasında uzman həkim (psixiatr) dərəcəsi almışdır.


Peşəkar Fəaliyyət

2007 – 2010
DİN Tibb İdarəsi, A. Heydərov adına Respublika Hospitalı – Tibb qardaşı

2011 – 2013
Xocavənd rayonu, N saylı Hərbi Hissə – Tibb xidməti leytenantı

2013 – 2014
MediClub – Shah Deniz Flare Upgrade Project – Layihə həkimi

2014 – 2016
Saipem Azfen JV – TANAP Project – Layihə həkimi

2016 – 2017
Özəl Təkirdağ Yaşam Xəstəxanası – Təcili yardım həkimi

2017 – 2018
Özəl Koru Ankara Xəstəxanası – Təcili yardım həkimi

2022 – hal-hazıradək
Nefes Psixi Sağlamlıq Akademiyası – Həkim-psixiatr / Psixoterapevt

2024 – hal-hazıradək
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Tibb Baş İdarəsi – Məsləhətçi (Ekspert) Psixiatr


Beynəlxalq Sertifikasiya

2022-ci ildən
The University of Queensland
“Triple P – Positive Parenting Program”
0–12 və 12–18 yaş kateqoriyaları üzrə beynəlxalq sertifikatlı təlimçi

(Triple P – dünyanın ən geniş yayılmış və elmi əsaslı valideynlik proqramlarından biridir.)


Peşəkar Maraqlar və İxtisas Sahələri

  • Depressiya və təşviş pozuntuları

  • Travma və müharibə sonrası psixi təsirlər

  • Uşaq və yeniyetmə psixiatriyası

  • Valideynlik və ailə yönümlü psixoloji dəstək

  • Məhkəmə-psixiatriya ekspertizası

  • Psixoterapiya


Elmi və İctimai Fəaliyyət

  • Beynəlxalq və yerli elmi konqreslərdə spiker

  • Psixi sağlamlıq və valideynlik mövzularında maarifləndirici çıxışlar

Digər mütəxəssislərimiz
Bizim komandamız