Nefes İnnovativ Neyroinkişaf Mərkəzi
Nefes İnnovativ Neyroinkişaf Mərkəzi inkişafı bütöv bir proses kimi dəyərləndirən, fərdi fərqlilikləri nəzərə alan, elmi əsaslı yanaşma və komanda əməkdaşlığını bir araya gətirən müasir multidissiplinar inkişaf mərkəzidir.
Fəaliyyətimiz psixodiaqnostik qiymətləndirmə, terapiya, təlim və konsultasiya xidmətləri vasitəsilə uşaqların, yeniyetmələrin və yetkinlərin emosional, sosial, akademik və koqnitiv inkişafını dəstəkləməyə yönəlmişdir.
Mərkəzimizdə hər bir müraciətçinin güclü tərəfləri, ehtiyacları və inkişaf potensialı nəzərə alınaraq fərdiləşdirilmiş dəstək proqramları hazırlanır. Ailə, məktəb və mütəxəssis əməkdaşlığı inkişaf prosesinin ayrılmaz hissəsi kimi qəbul edilir və bütün müdaxilələr bu əməkdaşlıq modeli əsasında həyata keçirilir.
Uşaqlarda İnkişaf və Dəstək İstiqamətləri
- İnkişaf və məktəbə hazırlığın qiymətləndirilməsi
- Diqqət və icraedici funksiyaların inkişafı
- Öyrənmə çətinliklərinin qiymətləndirilməsi və dəstəklənməsi (Disleksiya, Disqrafiya, Diskalkuliya və s.)
- Davranış və emosional tənzimləmə bacarıqlarının inkişafı
- Sosial münasibət və ünsiyyət bacarıqlarının gücləndirilməsi
- Nitq və dil inkişafının dəstəklənməsi
- Özünütənzimləmə və gündəlik həyat bacarıqlarının formalaşdırılması
- Duyu inteqrasiyası (Sensor İnteqrasiya) və sensor emal çətinlikləri ilə iş
- Sosial bacarıq və qrup terapiyaları
Yeniyetmələrdə İnkişaf və Dəstək İstiqamətləri
- Akademik performans və motivasiya problemləri
- Diqqət və özünüidarəetmə bacarıqlarının inkişafı
- Özünəinam və şəxsiyyət inkişafı
- Emosional tənzimləmə və stresslə mübarizə
- Sosial münasibətlər və yaşıdlarla ünsiyyət
- İmtahan həyəcanı və performans narahatlığı
- Karyera yönümlü qiymətləndirmə və istiqamətləndirmə
- Psixoedukativ və inkişaf yönümlü qrup proqramları
Yetkinlərdə Psixoloji Dəstək İstiqamətləri
- Depressiya və təşviş pozuntuları
- Stress və emosional tənzimləmə problemləri
- Panik atak və fobiyalar
- Münasibət və ünsiyyət çətinlikləri
- Karyera və peşəkar inkişaf
- İş həyatına və sosial mühitə adaptasiya
- Psixoloji rifahın və həyat keyfiyyətinin artırılması
Psixodiaqnostik Qiymətləndirmə
- MOXO Diqqət Testi
- D2 Diqqət Testi
- Metropolitan Məktəbə Hazırlıq Testi
- Spesifik Öyrənmə Çətinliyi Qiymətləndirilməsi
- MMPI
- Cattell Zəka Testi
- Goodenough-Harris İnsan Çək Testi
- Bender-Geştalt Testi
- Gessell İnkişaf Testi
- Karyera və Maraq İnventarlarıWISC-R Zəka Testi
Terapiya və İnkişaf Xidmətləri
- Fərdi Psixoloji Konsultasiya
- Koqnitiv Davranış Terapiyası (KDT)
- EMDR Terapiyası
- Oyun Terapiyası
- Ailə Terapiyası
- ABA Terapiyası
- Duyu İnteqrasiyası (Sensor İnteqrasiya)
- Loqopedik Dəstək
- Psixopedaqoji Dəstək
- Sosial Bacarıq Təlimləri
- Karyera Məsləhətçiliyi
Qrup Terapiyaları və Qrup Proqramları
- Sosial Bacarıq Qrupları
- Emosional Tənzimləmə Qrupları
- Yeniyetmə İnkişaf Qrupları
- Psixoedukativ Qruplar
- Duyu İnkişaf Qrupları
- Sosial Adaptasiya Qrupları
- Valideyn Dəstək Qrupları
Ailə, Məktəb və Mütəxəssis Əməkdaşlığı
- Valideyn konsultasiyaları və ailə təlimləri
- Məktəb və müəllim konsultasiyaları
- Fərdi inkişaf planlarının hazırlanması
- Məktəb müşahidələri və rəy hesabatları
- Multidissiplinar komanda görüşləri
- Konsilium və klinik müzakirələr
- İnterviziya və superviziya proqramları
- İnkişafın monitorinqi və hesabatlandırılması
Təlim və Peşəkar İnkişaf
Mərkəzimizdə valideynlər, müəllimlər, tələbələr və mütəxəssislər üçün seminarlar, təlimlər, workshoplar, superviziya, interviziya və peşəkar inkişaf proqramları təşkil olunur. Elmi biliklərin paylaşılması və müasir yanaşmaların tətbiqi fəaliyyətimizin əsas istiqamətlərindəndir.