Reabilitasiya

Nefes Psixi Sağlamlıq Akademiyasında psixoloji problemlərin və psixopatologiyaların diaqnostikası müasir beynəlxalq protokollar əsasında həyata keçirilir. Mərkəzdə medikamentoz müalicə, psixoterapiya, psixopedaqoji bərpa və reabilitasiya proqramları əsasında kompleks yanaşma tətbiq olunur və pasientlərin müalicə müddətində davamlı izlənməsi təmin edilir.

Hər bir pasientə elmi və etik prinsiplərə əsaslanan fərdi yanaşma göstərilir. Bu çərçivədə:

  • pasientin psixi inkişaf səviyyəsi dəyərləndirilir;
  • aparılan qiymətləndirmə əsasında uyğun fərdi reabilitasiya proqramı hazırlanır;
  • hazırlanmış reabilitasiya proqramı mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilir;
  • reabilitasiya prosesinin gedişatı həkim-psixiatrlarla birgə mütəmadi olaraq qiymətləndirilir

Mərkəzdə aşağıdakı istiqamətlər üzrə xidmətlər göstərilir:

— Autizm Spektr Pozuntusu
— Daun Sindromu
— Serebral İflic
— Mutizm
— Nitq problemləri
— Psixi inkişafın ləngiməsi
— İdman terapiyası